Diş əti qanamaları bir çox insanın çəkdiyi problemdir.
Psixoloq.az xəbər verir ki, buna diş daşları, yod əksikliyi, damaq xəstəlikləri və s kimi amillər səbəb ola bilər.
Yeni aparılan araşdırma nəticələri isə bu problemin qarşısını nisbətən ala bilər.
Belə ki, gündə 60 milliqramdan az C vitamini istifadə edənlərin, gündə 180 milliqram C vitamini istifadə edənlərə nisbətdə diş əti iltihabına və qanamalarına məruz qalma ehtimalı daha yüksəkdir. Bu səbəbdən diş qanamalarını azaltmaq üçün gündə əlavə olaraq C vitamini tərkibli limon, portağal və s yeməklə canınızla bərabər dişinizi də qoruya bilərsiniz.