Sürtgəcdən keçirilmiş limon ilə pəhriz saxlayanlar 1 ayda 20 kilo arıqlaya bilər.
Psixoloq.az ölkə.az-a istinadən resepti oxucuları ilə bölüşür.
Günə limonlu su içərək başlamaq insana özünü gümrah hiss etməyə, orqanizmi isə toksinlərdən və mikroblardan təmizləməyə kömək edir. Bundan başqa həzm sisteminə də faydalıdır.
Limonun tərkibində C vitamini, kalsium, potasium, maqnezium və dəmir var. Eyni zamanda antikosidantlarla da zəngindir. Ac qarına limon suyu içmək orqanizmdə detoks effekti yaradır. Bağırsaqdakı mikrobları məhv edir, orqanizmi qidalandırır və ehtiyac olan enerjini təmin edir.
Bundan başqa limonun suyu orqanizmdəki yağ dövrünü sürətləndirir, arıqlamağa şərait yaradır və ziyanlı toksinləri yox edir. Limonu sıxaraq sadəcə suyunu içmək də bir çox xəstəliyə qarşı təsirlidir.
Nə lazımdır?
5 ədəd limon;
5 diş sarımsaq;
Bir parça zəncəfil;
2 litr su
Nə etməli?
Suyu qaynadın, üzərinə limon suyu, limon qabığı, sarımsaq və zəncəfil əlavə edin. 10 dəqiqə qaynadın, soyudun və hər səhər acqarına bir stəkan için.