“Nə həddiniz var ki, şəxsi həyatım haqqında açıqlama verirsiniz? Bu haqqı sizə kim verib?!”
Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Hadisə anasının intiharından danışan modelyer Nur Yerlitaş haqqında deyib.
Xəbər verdiyimiz kimi, Hadisənin anası Gülnihal Açıkgözün intihara təşəbbüs etdiyi iddia edilmişdi. Hadisə mətbuata verdiyi açıqlamada "İntihar etməyib, qida zəhərlənməsidir" deyərək bu iddianı təkzib etmişdi. Ancaq dünən acı həqiqət ortaya çıxıb. Modelyer Nur Yerlitaşa canlı yayıma qoşularaq məlumatı təsdiq edib.
Müğənni Hadisə isə canlı efirdə anasının intiharı etməsi ilə bağlı danışan modelyerə od püskürüb:
“Ana. Bu kəlmənin böyüklüyünü, dərinliyini, mənasını həmişə dilə gətirmişəm. Bir neçə həftə əvvəl hər zaman ən dəyərli olan anamla bağlı kədərli bir hadisə yaşadıq. Mənim şəxsi həyatımda yaşadığım problemi həyatımda bir dəfə gördüyüm insan tərəfindən magazin proqramında müzakirəyə qaldırılmasını pisləyirəm. Buna heç bir məna verə bilmirəm!
Biz yaşadığımız vəziyyət qarşısında kimin hansı həkimə zəng vurduğunu bilmədən və yalnız anamızın vəziyyətini düşündüyümüz halda "Mənə təşəkkür edə bilərdiniz, sizi məzəmmət edirəm" mesajı gəldi. Mən bu adamın həkim məsələsində yardımçı olduğunu sonra öyrəndim və dərhal zəng edib təşəkkür etdim. Bir insan belə bir kədər yaşayarkən “Kimlərə təşəkkür edək” - deyə düşünməz! Əvvəl insan anasını, ailəsini düşünür, lazım olan təşəkkürlərini sonra çatdırır! İnsanlar belə bir kədər yaşayarkən "Mənə təşəkkür etməmisiniz, sizi məzəmmət edirəm" deyə mesaj atılmaz.
Məhz o mesajı atdığınız, üstəlik şəxsi həyatımı bütün Türkiyə ilə bölüşdüyünüz üçün üzr istəməli olan şəxs sizsiniz.
Ana məsələsində bu qədər həssasdırsa, anamın vəziyyətini niyə canlı yayıma çıxıb bütün Türkiyə ilə paylaşır? Mənim və ailəmin şəxsi həyatını proqramda danışmaq sizin nə həddinizə? Sizə şəxsi həyatım haqqında danışmaq hüququnu kim verir?!
Bu yaxınlarda dediyiniz bir cümlə ilə cəmiyyətdə özünüzə qarşı yaratdığınız hiddəti anamın çətin vəziyyətindən istifadə edərək lehinizə çevirməyinizə göz yummuram. Anamdan və ailəmdən istifadə etməyə icazə vermirəm!
Anamın vəziyyəti indi yaxşıdır. Və ən əsası budur. Biz bir ailə olaraq bu vəziyyətdən daha da güclənərək çıxacağıq əminəm. Bizi bu mərhələdə tək qoymayan, dəstəyini əskik etməyən hər kəsə təşəkkür edirəm".