Hamilə qalmamağın əsas səbəbi – Uşaqlıq yolunda yaranan polip nədir?/Müsahibə

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir.

 Yaranan vəziyyətin səbəblərindən biri isə uşaqlıqda yaranan poliplər ola bilər.

Mövzu ilə bağlı Psixoloq.az-ın suallarını ginekoloq Ləman Əliyeva  cavablandırıb.

Həmin geniş müsahibəni təqdim edirik:

-     Uşaqlıq yolunda(uşaqlıq boşluğunda) poliplərin yaranma səbəbi nədir?

-     Xəstəliyin əsas yaranma səbəbi hormonal pozuntudur – Estrogenlərin çoxluğu və progestron çatışmazlığıdır.

-      Hamiləlik üçün təhlükəlidirmi?

-      Endometriyada (Uşaqlığın içərisində) yaranan polip hamilə qalmağa mane olur. Qanaxmalara səbəb ola bilər. Dİgər yerləşmələrdə olması isə müxtəlif problemlər meydana çıxara bilər.

-      Diaqnozun USM ilə müəyyən olunması mümkündür?

-      USM vasitəsilə diaqnoz bəli qoyula bilər. Bəzən diaqnostik histeroskopiya lazım ola bilər.

-      Bəs xəstəliyin əlamətləri nədir?

-      Menstruasiya pozğunluğu, qanaxmalar, dəmir defisitli anemiyalar, Menstruasiya arası müddətdə uşaqlıq yolundan gələn axıntı, cinsi münasibətdən sonra yaranan ağrə və ya qanlı axıntı, qarnın aşağı hissəsində ağrı, sonsuzluq, düşüklər əsas əlamətlər sırasındadır.

-      Yaranan poliplərin müalicəsi hansı formada aparılır?

-       Müalicəsi hormonal  terapiya (hormonal dərmanlar) və cərrahi üsulla aparılır.

Qadınların əksəriyyəti cərrahi əməliyyatdan qorxurlar. Genişlənməyən poliplərdən xilas olmağın yolu ancaq cərrahi müdaxilə ilə olur?

-      Seçim qadına görə təyin edilir. Qız uşaqlarında adətən dərman müalicəsi tətbiq olunur. Hamiləliyə mane olan və qanaxma verən poliplər histeroskopik üsulla götürülür.

Müəllif: Şəhanə Quliyeva