İngiltərədə aparılan bir araşdırmaya görə dinlədiyiniz musiqi növü sizin daxili aləminizdən xəbər verir.
Xarici mütəxəssislərin apardığı və təqdim etdiyi testi siz də yoxlayın:
Klassik xoşlayanlar daha ağıllıdırlar.
Caz sevənlər müsbət və məsuliyyətli eyni zamanda, digər musiqi növlərini seçənlərə nisbətən daha yoldaş canlı və romantikdirlər.
Elektronik musiqi sevənlər isə bir az hirsli və tez coşan tiplər olaraq tanınır.
Rok musiqi sevənlər üsyankar ruhlular arasından çıxarkən, uzun müddət rok musiqi dinləmək adamı gündəlik həyatda qarşılaşdığı çox kiçik hadisələrə qarşı belə isyankar edir.
Rap musiqi sevənlər müxalif və özünə güvənən insanlar olaraq təyin olunarkən, bu kəslərin eyni zamanda digər musiqi növlərini xoşlayanlara nisbətən daha enerjili olduqları da təsbit edilib.
Pop musiqi sevənlər isə siyahının ən xoşbəxtləridir.
Araşdırmaya görə mahnı siyahısını pop musiqi ilə dolduranlar həm daha müsbət həm də daha xoşbəxt olurmuş.
Fiziki cazibədarlığı ən az olanlar klassik musiqi dinləyərkən, ən yüksək olanlar pop musiqi dinləyir.