"Hekayəmlə oxucuları təəccübləndirə biləcəyəm" - “Qurbağa öpüşü” təqdim edildi/FOTO+ VIDEO

Sentyabrın 23-ü "BookZone" Kitab evində, Parafraz Nəşrlərinin ilk kitabı "Qurbağa öpüşü" adlı kitabın təqdimat mərasimi keçirilib.

Psixoloq.az xəbər verir ki,  çoxsaylı oxucular, media nümayəndələri, eləcə də ədəbiyyat adamlarının iştirak etdiyi tədbiri Parafraz Nəşrlərinin rəhbəri, yazıçı, jurnalist Cavid Qədir açaraq yeni yaranan qurumun hədəfləri haqqında danışıb. Bildirib ki, Parafraz Nəşrlərinin əsas məqsədi kitab industriyasını canlandırmaq, oxucuları keyfiyyətli tərcümə və çap materialları ilə təmin etmək, gənc qələm sahiblərinə dəstək olmaqdır. Kitab 12 hekayədən ibarətdir.

Kitabın müəllifi Ceylan Mumoğlu Psixoloq.az saytına açıqlama verərək kitabda daha çox psixoloji mövzulara toxunduğunu bildirib:

"Çünki bu mövzu mənimçün maraqlıdır. “Qurbağa öpüşü” yeni yaranmış Parafraz Nəşrlərinin ilk kitabıdır. Düşünürəm ki, elə “Qurbağa öpüşü” hekayəmlə oxucuları təəccübləndirə biləcəyəm".

Mumoğlu, qarşıda duran məqsədlərindən də bəhs edib.

"Planlarım böyükdür. Tərcümə işlərimə davam edirəm. Yeni ildən yazıçılıq yolunda bədii mütaliə ilə yanaşı daha çox metodiki kitabları oxumağı qarşıma məqsəd qoymuşam. İlk romanımı yazmağa başlamışam. Mövzu uzun zamandır, beynimdəydi, artıq onu üzə çıxarmağın vaxtı yetişib. Daha çox yazmaq və daha çox oxumağı hədəf seçmişəm",-deyə Ceylan Mumoğlu qeyd edib.

Qeyd edək ki, bununla yanaşı təqdimatda "Kitabsevərlər" hərəkatının rəhbərlərindən Səbuhi Şahmursoy, Fariz Bayramov, Rəşad Babalı, yazıçılar Dalğa Xatınoğlu, Ülviyyə Tahir, psixoloq Kamil Həmidov, "Erməni zindanında səkkiz gün" kitabının müəllifi, Xocalı faciəsinin şahidlərindən olan Dürdanə Ağayeva, "Qurbağa öpüşü" kitabının korrektoru Rəna İsayevə çıxış edərək Ceylan Mumoğlu və Parafraz Nəşrlərinə uğur arzulayıb, hazırkı vəziyyətdə kitab bazarına yeni nəfəsin gətirilməsinin vacibliyini vurğulayıblar.

Şəhanə Quliyeva

280a5380bd16f5beeea11be00cfe836e.jpg 

6cf3bbcf5035a93068fa4bba57e6f222.jpg

5b4f76d799661a69b390f729b2947d61.jpga6298ecb80de2583edd3dbcd928b9487.jpg