Hər növ problemlərin həlli - Psixoloji konsultasiyanın istiqamətləri

Psixoloq.az psixoloji konsultasiyanın bir çox istiqamətlərini təqdim edir:

  1. İntim-fərdi konsultasiya. Pasiyentin daxili problemi həll etməyi qarşısına məqsəd qoyur. (buraya həyatın mənasını anlamaq, insanlarla münasibətdə həyəcan, aqressiyanı aradan qaldırmaq və s. daxildir).
  2. Ailə konsultasiyası. Buraya təkcə ailə cütlükləri aparılan konsultasiya aid edilmir. Eyni zamanda ailə qurmağı planlayan cütlüklər, sevgili olanlar, valideyn-uşaq münasibətlərini, ailə üzvləri arasında münasibətlərin motivini anlamaq və s. məqamlar daxildi.
  3. Peşəkar fəaliyyətlə bağlı konsultasiya. Bu konsultasiya prosesinə peşə seçimi ilə bağlı ortaya çıxan suallara cavab axtarmaq, düzgün seçim etmək kimi məqamlar daxildi.   
  4. Təşkilati məsələlərlə bağlı aparılan konsultasiya. Buraya təşkilat daxilində çalışan işçilər arasında münasibət, motivasiyanın formalaşdırılması, uğurlu idarəetmə və s bu kimi məqamlara aydınlıq gətirmək daxildi.