Bir çox insan işinə həvəslə başlasa da, anidən ruhdan və həvəsdən düşür. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Yanma sindromu, insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur.
1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı). 2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər. 4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi. 5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.6: Gələcəyə aid perspektivlərin görünməməsi. 7: İş və şəxsi həyat arasında tarazlığın pozulması və s.Əsasən üç mərhələdən ibarətdir:1: Emosional tükənmə – peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümümi emosional fonun zəifləməsi. Qeyri iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.2: İkinci mərhələdə insanda qıcıqlanma, acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur. 3: Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir.