Jurnalist Mişel Demişeviç, keçmiş həyat yoldaşının qadın müğənni ilə intim videolarını yaymaqda ittiham olunan Mustafa Ceceli haqqında daha bir şok iddia irəli sürüb.
Psixoloq.az xəbər verir ki, jurnalistin sözlərinə görə, Mustafa Ceceli İstanbulda, Beyoğlu, Cihangirdəki məşhur bir kafenin kişi sahibi ilə intim əlaqədə olub. Jurnalist Mişel Demişeviç bu barədə sosial şəbəkədə məlumat verib.
Bu məsələ bir daha homoseksuallıq problemini ön plana çəkib.
Belə ki, yaranan əsas suallardan biri homoseksuallıq doğuşdan yaranan problemdir ya doğurdan insan beynində olan ruhi xəstəlikdir?
Mövzu ilə bağlı psixoloq Zeynəb Eyyubova Psixoloq.az-a maraqlı açıqlamalar edib. Onun sözlərinə görə belə vəziyyət iki halda yarana bilər:
“Bu hal insanlarda hormonal dəyişikliklər zamanı yarana bilər. İnsanların öz iradəsi olmadan öz cinslərinə meyl edə bilərlər. Bu əlbəttə valideynlərin üzərinə düşən vəzifədir ki onlar yetkinlik yaşa çatdıqda bunun fərqinə varmalıdırlar. 12-13 yaşlı uşaqlarda baş verən dəyişiklikləri analiz edə bilməlidirlər. Bəzən oğlan olduğu halda qıza meyllilik olmur, söhbəti belə gedəndə başını tutur. Bu zaman hormon analizi verilməlidir ki, hormonların normada olub-olmadığını aşkar etsinlər. Hormon problemi varsa bu zaman mütləq müalicə alınmalıdır.”.
Psixoloq homoseksuallığın son zamanlar dəb halını aldığını da təəssüflənərək vurğulayıb.
“Xüsusilə xarici dövlətlərdə hansı ki insanlar üçün heç bir qadağa yoxdur, həmin yerlərdə daha geniş vüsət alıb. Bu zaman insanlar sadəcə öz isteyi ilə bu addımı atırlar. Belə yerlərdə 12-15 yaşında olan gənclər hər növ həzzi görür və əks cinslə münasibət onlara maraqlı gəlmir. Deyərdim ki belə şəxslərin 50-60 faizləri hormonlarında problemi olmayan şəxslərdir”,-deyə psixoloq qeyd edib.
Müəllif: Şəhanə Quliyeva