İki üzlü və bir cüt beyinli körpə doğulub.
Psixoloq.az xəbər verir ki, hadisə İndoneziyada baş verib.
Qilan Endikaadlı uşaq İndoneziyanın Batam şəhərində dünyaya gəlib. Hazırda o, iki aylıqdır. Onun bir bədəni, iki ayağı və iki əli var, ancaq onun əkiz qardaşı ana bətnində inkişaf edə bilməyib və başı deformasiya olub. Bu patologiya 250 min haldan birində baş verir.
Əkiz qardaşın başı körpənin həyatı üçün təhlükə törədir. Yerli həkimlər bu vəziyyətdə ona kömək edə bilməyəcəklərini deyiblər. Hələlik uşaq mütəxəssislərin nəzarəti altında xəstəxanada saxlanılıb.
Qeyd edək ki, Qilanın anası, doğuma qədər körpənin vəziyyətindən xəbərsiz olduğunu bildirib.