ABŞ-da yaşayan Maksamilian və April Neybour adlı cütlük qəribə hadisə ilə rastlaşıb.
Psixoloq.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət müalicədən sonra Aprilin övladı dünyaya gəlib. Uşağı doğan ananın halı pisləşdiyi üçün onu reanimasiyaya aparıblar.Yeni doğulan körpəni isə atası yedirtməli olub. Tibb bacısı Maksamiliandan oğlunu əmizdirmək istəyib-istəmədiyini soruşub. Əvvəlcə bunun zarafat olduğunu düşünən ata sonradan məsələnin ciddi olduğunu görüb və razılaşıb.Tibb bacısı ona xüsusi qurğu taxıb və Maksamilian övladını əmizdirib.Dünyada uşağı əmizdirən ilk ata olan Maksamilian xoşbəxt olduğunu bildirib.