İnfarkt riskini azaldır, qəbizliyi aradan qaldırır - Gavalının faydaları

Mütəxəssislər hər meyvənin vaxtında yeyilməsinin mühüm olduğunu açıqlayırlar.

Yay fəslində yeyiləcək, bol vitaminli meyvələrdən biri isə gavalıdır.

Bəs gavalının insan orqanizmi üçün hansı müsbət təsirləri mövcuddur?

Psixoloq.az həmin sözügedən faydaları təqdim edir:

Təzə gavalının tərkibinə qurusundan, ya da şirəsindən daha çox C vitamini daxildir. Gündəlik A vitamini ehtiyacının da 8 faizini qarşılayır.

A vitamini gözlərin görmə qabiliyyətini yaxşılaşdırır və sümük inkişafını dəstəkləyir.

Gavalı qurusu qəbizlik və həzm problemlərini aradan qaldırır.

Ürəyi qoruyur, infarkt riskini azaldır.

Araşdırmalar göstərir ki, qara gavalı döş xərçəngi hüceyrələrini məhv edir.

Beynin yaddaş qabiliyyətini inkişaf etdirir. Antioksidantlarla dolu olması sayəsində Alzheimer inkişafını ləngidir.

Böyrək daşı müalicəsində effektivdir.