Nar meyvəsinin mövsümü yaxınlaşır.
Psixoloq.az xəbər verir ki, narın insan orqanizmi üçün bir sıra faydaları mövcuddur.
Belə ki, nar ürək tutması, ürək infarktı riskini azaldır. Damar tıxanıqlığının qarşısını alır, təzyiqi stabil saxlayır. Xolesterin və qan şəkərini tarazlaşdırır. İmmunitet sistemini gücləndirir. Prostat xərçənginin qarşısını alır.
Narın tərkbindəki vitaminlər qripə səbəb olan mikrob və virusları zərərsiz hala gətirir. Enerji verir, yorğunluğu aradan qaldırır.
Şirin nar suyu sətəlcəmə və burun poliplərinə qarşı faydalıdır.Nar həmçinin diş əti qanaxmalarına yaxşı təsir edir. Hər cür infeksiyaya qarşı bədənin müqavimətini artırır.
Nar dəri xərçənginə də yaxşı təsir edir. Həmçinin dərinin hamar görünməsinə kömək edir.