İnsanlar psixoloqa inanmır - Savadlı kadr azdır, ya...

Son zamanlar psixoloq adı altında qeyri-qanuni fəaliyyət göstərənlər, insanlara pul məqsədi ilə yanaşan dələduzların sayı artıb.

Psixoloq.az saytının əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında psixoloqların fəaliyyəti barədə sorğu keçirib. Əldə edilən nəticə isə ürəkaçan olmayıb. Sosial şəbəkə istifadəçiləri, psixloqların savadlarına inanmadıqlarını, pasiyentə can yandırmadıqlarını, peşəkar olmadıqlarını bildiriblər.

Bəs psixoloqlar pasiyentlərə nə üçün can yandırmırlar?

İnsanların xarici psixoloqlara üz tutmağının səbəbi nədir?

Məsələ ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoloq Çimnaz Verdiyevanın sözlərinə görə, bunun bir neçə səbəbi ola bilər:

“Mən deməzdim savadlı psixoloq kadrı azdı. Məncə kifayət qədər var, ancaq can yandıran psixoloqlar azdır. Düşünürəm ki, buna əsas səbəb günümüzdə insanların problemlərinin, çətinliklərinin olmasıdır. Psixoloq da bir insandır, o da sevilmək istəyir, müəyyən problemləri ola bilər. Yaxşı məvacib almırlar. Maaşları yaxşı olsa məncə daha çox can yandırarlar. Düzgün yola istiqamətləndirən, kömək edən, can yandıran psxiloqlarımız var. Buna baxmayaraq tamamilə can yandıranlar azdır təəssüf ki. Əvvəllər psixoloq dedikdə razılaşardım ki azdır. Amma artıq elə deyil.  Dahi psixoloqlarımız olub, indi də var. Əbdül Əzizadə, Əkbər Bayramov,Zəkəriyyə Mehdizadə və s. Hazırda olan dahi psixoloqlardan Bəxtiyar Əliyev, Səməd Seyidov və s.misal çəkə bilərəm.  Bu insanları çox alqışlayıram.Həmçinin belə psixoloqlar sırasına, psixologiya elmlər doktoru Ərəstun Baxşəliyev, Kamilə Əliyevanı da aid edə bilərəm Həm dahilikləri, həm də mərhəmətləri ilə insanlara can yandırırlar. Biz onlarla fəxr edirik. Gənc psixoloqlar da universitet bitirirlər, öz üzərlərində çalışırlar,sertifikatlar əldə edirlər".

Şəhanə Quliyeva