İnsanların qarışdırdığı problem – Diş həssaslığı ya diş iltihabı?

Diş həssaslığı bir çox insanın əziyyət çəkdiyi problemdir. Mütəmadi olaraq istifadə edilən isti-soyuq qidalar, içkilər, dişdə həssaslığın yaranmasına gətirib çıxara bilir. Ancaq bəzən adi sanılan həssaslıq böyük bir problemin başlanğıcı ola bilər.

Psixoloq.az xəbər verir ki, stomotoloq Ramil Yusubovun sözlərinə görə, pasiyentlər əksər zaman diş həssaslığı ilə diş iltihabını bir birindən fərqləndirməkdə çətinlik çəkirlər:

“Qeyd edim ki, diş həssaslığı zamanı ağrı ancaq şirin, isti -soyuq qidalar qəbul etdiyimiz zaman yaranır.Diş iltihabında isə ağrılar uzunmüddətli və qarşısı alınmaz şəkildə olur”.

Müəllif: Şəhanə Quliyeva