İş stressi demək olar ki, çalışan hər kəsi narahat edən problemdir.
Müvəffəqiyyət qazanma hissi və iş şəraiti stressin artmasında önəmli rol oynayan faktorlardandır. Lakin sağlıqlı qidalanma ilə iş stressini azaltmaq mümkündür.
Psixoloq.az ailem.az-a istinadən iş stressini azaldacaq qidaların siyahısını verir.
- Balıq stressi azaldan qidalardan birincisidir.
- Avokado hormon səviyyəsini tənzimləyir.
- Portağal, qreypfrut kimi sitrus meyvələri stress səviyyəsini aşağı salır.
- Çobanyastığı və anason çayları antidepressiya təsiri göstərir.
- Tünd şokolad tərkibindəki "feniletilamin" maddəsi sayəsində xoşbəxtlik hissi verir.
- Yulaflı və yağ səviyyəsi aşağı qidalar əsəbləri sakit saxlayır.
- Qoz, ərik, üzüm qurusu, badam və fındıq kimi çərəzlər sinir sistemini rahatladır.(ailem.az)