İtdirsəyi – kirpiyin tük follikullarının və ya göz qapağının piy vəzisinin irinli iltihabıdır. Sadə dildə desək, itdirsəyi göz qapağında yerləşən çibandır. İtdirsəyinin yaranma səbəbi follikula və ya vəziyə infeksiyanın düşməsidir. Tamamilə sağlam insanlarda bu proses nadir hallarda baş verir.
dirİnfeksiyanın yayılması adətən immunitetin zəifləməsi zamanı baş verir. Bakteriya mənbəyi rolunu iltihablı badamcıqlar, kariyesli dişlər, iltihablı burun selikli iqşası, yəni rinit oynaya bilər. Şəxsi gigiyena qaydalarının pozulması da gözlərə infeksiyanın düşməsinə səbəb ola bilər. Bu daha çox çirkli əllər və ya əl dəsmalı ilə gözləri sildikdə və ya gözlərə torpaq, çirkli mayelər düşdükdə baş verir. Bütün bunlar gözün konyuktiva qişasının da iltihabına – konyuktivitə səbəb ola bilər. İtdirsəyi şəkərli diabetli xəstələrdə də tez-tez rast gəlinir.
İtdirsəyinin ilk əlaməti göz qapağının kənarında əmələ gələn ağrılı və qaşınan qızartıdır. Bu mərhələdə onu müalicə etmək üçün gündə bir neçə dəfə spirt və brilliant yaşılı ilə silmək kifayətdir.
Əgər itdirsəyinin inkişafının qarşısı vaxtında alınmasa, 2-3 gündən sonra onun ucunda irinlitıxac əmələ gəlir. Tıxacı qpartdıqda həmin nahiyədən irin xaric olur. Diqqət! İrini istənilən halda sıxıb çıxartmaq olmaz. Xüusilə əgər itdirsəyi tam yetişməyib və tıxac şıxmayıbsa. Bu çox ciddi və ağır fəsadlarla nəticələnə bilər.
İtdirsəyinin bitkilərlə müalicəsi
Gülümbahar dəmləməsi
10-15 ədəd gülümbahar çiçəyinin üzərinə 250 ml qaynar su əlavə olunur, dəsmala bükülür və 1 saat isti yerdə dəmlənir. Alınan dəmləmə ilə gözə islatma edilir.
Əzvay (aloye) məhlulu
Əzvayın təzə dərilmiş yarpağı qaynadılmış su ilə yuyulur və şirəsi sıxılır. Şirəyə öz həcmindən 10 dəfə çox qaynadılmış su əlavə olunaraq qarışdırılır. Alınan məhlulla itdirsəyini yetişdirmək üçün gözə islatma qoyulur.
Sarımsaqla müalicə
Bir diş sarımsaq qabıqdan təmizlənir və bir neçə hissəyə bölünür. Hər 4-6 saatdan bir təzə kəsilmiş hissə ilə xəstə göz qapağı silinir. Bu üsul orqanizmə göz qapağının daxilində olan infeksiya ilə mübarizədə kömək edir.
Fitoterapevt Elnur Rəhimov