Karl Qustav Yunq
Doğum tarixi- 26 iyun 1875
Doğum yeri- Kesvil
Vəfat tarixi- 6 iyun 1961
Vəfat yeri- Küsnaxt
Karl Qustav Yunq- İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi, dərin psixologiyanın banisidir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən tanınmış və bir o qədər də dəyərli elm adamlarından biridir.
1911 və 1914-cü illər arasında Beynəlxalq Psixoanaliz Dərnəyinin sədrliyindən istefa verəndən sonra analitik psixoloji nəzəriyələrin əsasını qoydu. 1921-ci ildə çap etdirdiyi “Psixoloji tiplər” adlı əsərində şüurun başlıca 4 əsas fərqli modelini və daxilə dönən xaricə dönən şəklində fərqliləşən davranış modellərinin olduğunu bildirib. Daha sonrakı illərdə şüuraltının fərdi və kollektiv şüuraltı olaraq 2 növünün olduğunu iddia edib. O, şəxsiyyəti kişidə qadın ruhunu əks etdirən anima, qadında isə kişi ruhunu əks etdirən animus kompleksləri şəklində 2 növə ayırıb. Kollektiv şüuraltı arxetiplər adlandırdığı insan irqinin var olduğu dövr ərzində yaşadığı təcrübələrin bir varisi olaraq doğuşdan əmələ gələn enerji ilə yüklü obyektlərdən ibarət olub.
Əsas fəaliyyəti
Yunq 1913-cü ildən sonra insan davranışını araşdırmaq, yerli mədəniyyətləri öyrənmək məqsədilə sırayla Şimali Afrika, Arizona, New meksiko, Keniyaya gedib. Ömrünün qalan qismini şüuraltının mexanizminin fenomenlərini araşdırıb yazaraq konfranslar verərək keçirdib.
“Şərq təfəkkürü və Qərb təfəkkürünün fərqi” məqaləsi Karl Qustav Yunqun “Böyük qurtuluşun Tibet kitabına psixoloji şərhlər” əsərinin birinci hissəsini təşkil edir. Əsər 1939-cu ildə yazılmış və ilk dəfə 1954-cü ildə çap edilib.