Vərdiş 1: Məsuliyyətdən qaçmaq
Kasıb adam heç vaxt məsuliyyəti öz üzərinə götürmür. O, daha çox öz uğursuzluğunda iş yoldaşlarını, müdiri, yaxud sistemi günahlandıracaqdır. Ancaq öz məğlubiyyətini boynuna almayacaq. Kasıb adam belə düşünür: “Əgər onlar olmasaydı, mən çoxdan uğurlu adam olardım”. “Mənə hamı mane olur, mən heç nə edə bilmirəm”.
Vərdiş 2: Vaxtı uzatmaq
Uşaqlıqdan bizə qədim atalar sözünü misal çəkirlər: “Yeddi dəfə ölç, bir dəfə biç”. Vaxt gedir, ancaq siz ölçməyi düşünürsüz və nəticədə daha “zirək” biri ortaya çıxır və aylarla ölçdüyünüzü qabağınızdaca biçir. İlk addımı atmağa və risk etməyə qorxmayan adam qələbə çalır. O kəs ki, öz ideyalarını gerçəkləşdirməyə çalışır, nəinki onları beyninin bir küncündə saxlayır.
Kasıb təfəkküründə olan insan həmişə vaxtı uzadır, öz hərəkətsizliyinə bəhanə axtarır və əlbəttə ki, bunu özgələrinin boynuna atır.
Vərdiş 3: Yəqinliklə hərəkət etmək
Kasıb adamlar riski sevmir, onlara stabillik bəs edir, qoy lap az maaşla olsa belə. Nəticədə maaşdan-maaşa yaşayırlar. Ancaq düşünürlər ki, buna dəyər. Çünki stabillik qanadının altındadırlar.
Vərdiş 4: Pulsuz öyrənmək
Adi kasıb insan çox sayda pulsuz treninq və seminarlara yazılır, demək olar ki, onların çox hissəsinə isə heç qulaq da asmır. Nəticədə insan təhsil illyuziyası altında yaşayır, ancaq əməldə heç bir inkişaf olmur. Pulsuz pendirin harada olması hamıya məlumdur. Uğurlu sahibkar olmaq üçün müəlliminlə canlı rabitədə olmalısan, dəqiq hərəkət planı lazımdır və irəliyə hədəf qoyulmalıdır. Treninqin qiyməti, təkcə gələcək uğurun göstəricisi deyil, həm də sizin motivasiyanızın göstəricisidir.
Vərdiş 5: Başqalarının zəhmətini qiymətləndirməmək
Kasıb təfəkküründə olan insan başqalarının hesabına yaşayır. Mahnı, treninq, film, yaxud kompyuter proqramlarını torrent saytlarından yükləyir. Onun fəlsəfəsi pullu xidmətləri və ya avadanlıqları pulsuz əldə etməkdir. Ona görə də kasıbların kasıblar üçün yaratdığı qara bazardan, yaxud quldurluq yolları ilə yaradılan vasitələrdən yararlanmağa çalışır. Pullu xidməti pulsuz əldə etmək oğurluqdur. Başqasının intellektual xüsusiyyətini oğurlamaq və aldatmaq insanı daim kasıblıqda yaşamağa vadar edir.
Vərdiş 6: Özünə yazığı gəlmək
Adətən insanlar öz problemlərinin kökünü şəxsi vəziyyətlərində görürlər. İstər bu vəziyyət xoşagəlməz coğrafi ərazi olsun, yaxud uyğunsuz bədən quruluşu, yaxud kasıb ailədə doğulmaq, ya da kifayət qədər təhsil almamaq və ya arzuladığı ölkədə yaşamaq olsun və sair. Kasıb adamın arsenalında özünə yazığı gəlməsi üçün kifayət qədər səbəb vardır. Ancaq bu yolla kapital qazanmaq mümkün deyil.
Vərdiş 7: Ahu-zar və şikayət etmək
Sirr deyil ki, pulsuzluq neqativ emosiyalara səbəb olur. Kasıbdan fərqli olaraq, zəngin təfəkkürü olan adam uğursuzluğu uğura doğru addım hesab edir. O, zırıldamır və taleyə şikayət etmir. Adətən adam istəyir ki, ona yazıqları gəlsin deyə, danışsın və sözünü desin. Ancaq bundan adamın halı yaxşı olmur, həm də cibindəki pulu da artmayacaqdır.
Vərdiş 8: Başqalarının nə deyəcəyini düşünmək
Uğurlu adam öz individuallığını qoruyub saxlayır, ətraf mühitin düşüncələrindən asılıb qalmır. Kasıb adam, əksinə öz əsas vaxtını və enerjisini başqa insanları qane etmək üçün çalışır. Bu isə onları özündən daha üstün tutmağa çalışmaq sayılır ki, müqayisədə ona heç bir fayda gətirmir və yenə də zırıldamağa başlayır.
Vərdiş 9: Pulları boş-boşuna xərcləmək
Kasıb adamın iqtisadi strategiyası olmur. Onun məqsədi yalnız qazanmaq və xərcləməkdir. Varlı insan isə, əksinə zəhmət çəkib pul əldə etməyə çalışır ki, bununla yatırım edib, kapital qazansın. Belə bir durumda ən çox yayılan düşüncə budur: “Əgər mənim pulum yoxdursa, yatırım edə bilmərəm”. Pul ona görə yoxdur ki, insan gələcək haqqında düşünmür. Varlı adam çox pul qazanan adam deyil, öz gəlirindən savadlı şəkildə istifadə edən kəsdir.
Vərdiş 10: Dərhal mənfəət əldə etmək axtarışı
Kasıb adamlar yeni bir şey öyrənmək istəmirlər, onlar prespektivə işləmirlər. Sadəcə indi, bu dəqiqə pul qazanmaq istəyirlər. Buna aydın misal onların davranışıdır. İnsan hər şeyi dərhal istəyir və bunun qarşılığında ən az zəhmət çəkməyə çalışır. Bunun misalı əkinçiyə bənzəyir ki, yazda kartof əkməyi düşünmədən, əkin məhsulunu qışda yeyir.
Vərdiş 11: Sevmədiyi işlə məşğul olmaq
Kasıbın həmişə günahkar bildiyi adamı var, 100 bəhanəsi, 1000 səbəbi də vardır ki, bunlara əsaslanıb, sevmədiyi işə getsin. O, cümə gününün xəyalı ilə yaşayır, rəhbərliyi lənətləyir, ancaq hər bazar ertəsi yenə də eyni şeyi edir. Sadəcə sevdiyi işlə məşğul olmaq üçün cəsarəti çatmır. Beləcə, heç bir şeyi dəyişmədən, öz həyatını yaşaya bilmir və illər ötüb keçir.
Vərdiş 12: Vaxtı səmərəsiz, bihudə keçirtmək
Kasıb təfəkkürə malik olan adam sual verir ki, öz vaxtımı necə “öldürə” bilərəm? Bu isə olduqca neqativ haldır. Düzgün variant isə belə sual verməkdir: Mən öz vaxtımdan necə son dərəcə fayda əldə edə bilərəm? Beləcə, hər kəs nail olmağa çalışdığına yetişir. Kasıb öz vaxtını “öldürür” və öz həyatını yaşayır. Varlı isə öz vaxtından istifadə edir və daha da zənginləşir.