Bəzi insanlar çox yesə də kökəlmir. Buna səbəb isə maddələr mübadiləsinin yaxşı çalışmasıdır.
Maddələr mübadiləsinin sürətli fəaliyyətində bəzi qidalar kimi çaylar da böyük rol oynayır.
Psixoloq.az həmin çayları təqdim edir:
Aparılan bir çox araşdırma nəticəsində məlum olub ki, yaşıl çay metabolizmi sürətləndirməklə yanaşı, piyləri də əridir. Yaşıl çay metabolizmi 4 dəfə sürətləndirir.
Ağ çay bahalılığı ilə diqqət çəkən ağ çay vücuda qəbul edilən yağların depolanmasının qarşısını alır. Tərkibində olan"epiogallocateschin -3-gallat" sayəsində qidaların daxilində vücuda daxil olan yağları əridir.
Zəncəfil çayı damarlardan qanın daha sürətli axmasını təmin edir və bədənin temperaturunu artırır. Bu durumda metabolizm sürətlənir. Bu çay həm də həzm sisteminin sağlam işləməsinə əngəl olan bakteriyaları öldürür.