2018-ci ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə kolbasa məmulatlarının istehsalı 1,8 faiz, alkoqolsuz içkilərin istehsalı 16,2 faiz, cem və marmelad istehsalı 3,1 faiz, brendi (konyak) istehsalı 4,6 dəfə, üzüm şərabının istehsalı 32,8 faiz artıb.
Psixoloq.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, bununla yanaşı, duru bitki yağlarının istehsalı 4,1 faiz, qənd və şəkər tozu istehsalı 62,6 faiz azalıb. Həmçinin tütün məmulatlarının istehsalında 3,4 dəfə, içki istehsalında 5,6 faiz artım, qida məhsullarının istehsalında isə 3,1 faiz azalma müşahidə olunub.