Nigeriyanın Kanoe vilayətində kolera epidemiyası səbəbiylə bir həftə ərzində 11 nəfər həyatını itirib.
Psixoloq.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Nigeriya Xəstəliklər Nəzarət Mərkəzi (NCDC) 5 gündə epidemiyaya yoluxan 100-dən çox adamın qeydə alındığını açıqlayıb.
47 nəfər xəstəxanalarda yerləşdirilib.
Məlumata görə, son iki ay ərziydə ölkədə qeydə alınan 493 xəstədən 67-si dünyasını dəyişib.