Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Bu gün axşam saat 23:59-dək abituriyentlər ixtisas seçimi edə bilər. Bu saata olan məlumata görə Azərbaycan bölməsi – 11444, rus bölməsi – 227 olmaqla ümumilikdə 11671 abituriyent ixtisas seçimi edib.
Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.(publika.az)