“Mədə kiçiltmə əməliyyatı oldu arıqladı”, “Mədəsinə klips taxdırdı”, “Mədə əməliyyatından sonra xəstəlik tapdı”...
Psixoloq.az xəbər verir ki, bu kimi xəbərlər son aylarda artmaqdadır.
Ümumi, transplant və bariatrik cərrah Bəhruz Səlimovun sözlərinə görə, artıq çəki dünyada artdıqca insanlar əlavə kilolardan qurtulmaq üçün daha tez-tez bu əməliyyata baş vurmağa başlayıblar:
"Ancaq zamanla əməliyyatın risklərinin yetərincə izah edilmədiyinin və nəyə əsasən bu yöntəmin seçildiyinin başa salınmadığı ortaya çıxdı.
Artıq çəki pasiyentlərinin cərrahi əməliyyata həkimləriylə bir yerdə qərar verməlidirlər. Çünki xəstənin, əməliyyat ərzində və sonrasındakı zamanlarda yaşaya biləcəyi problemlər ilə əməliyyat sonrası eləməkləri olduqları xəstə ilə açıq, detallı müzakirə olunmalıdır".
Cərrah həmçinin pasiyentin keçirdiyi əməliyyatdan sonra həkim tərəfindən verilən məsləhətlərə, tövsiyələrə diqqət etməli olduğunun vacibliyini də diqqətə çatdırıb.
Əlavə suallar üçün həkimlə birbaşa əlaqə saxlaya bilərsiniz: 0705798833