Media nümayəndələri pulsuz göz müayinəsindən keçəcəklər

22 iyul – Mili Mətbuat Günü ilə əlaqədar olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi maraqlı yeniliyə imza atıb.

Psixoloq.az xəbər verir ki,  iyulun 20-də  "Sağlam baxış, sağlam cəmiyyət" adı altında açıq qapı günü keçiriləcək. Bu barədə mətbuata sözügedən mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva məlumat verib. Y.Abdıyevanın sözlərinə görə, göstərilən tarixdə media əməkdaşları saat 10.00-dan 15.00-dək göz müayinəsindən keçə bilərlər.

Xatırldaq ki, bu, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi ilk aksiya deyil. Adıçəkilən mərkəz bundan öncə də müxtəlif bölgə və sosial təbəqələr arasında pulsuz göz müayinəsi ilə bağlı çoxsaylı layihələr həyata keçirib ki, bu layihələrdən minlərlə vətəndaş faydalanıb.