Yeni tədris ili yaxınlaşır. Bu isə yeni hisslər, yeni həyəcan deməkdir. Ümidvarıq ki, bu mövzu valideynlərin diqqətini çəkəcək. Bəyənin, bölüşün və mövzunu ətraflı araşdıraq.
Məktəb bir çox uşaqlar üçün stress faktorudur:
- Tədris yükü;
- Məktəb proqramının mənimsənilməsində yaranan çətinliklər;
- Pedaqoqlarla gərgin münasibətlər;
- Qiymətlər, imtahanlar;
- Kollektivə uyğunlaşmamaq.
Həyəcanlı uşaqlar bir çox hallarda nailiyyətlər əldə edir, müəllimlərin və məktəb rəhbərliyinin xoşuna gəlirlər. Lakin bütün bunların arxasında həyəcana qarşı aparılan gündəlik mübarizə dayanır. Uşaqlar tapşırıqların yoxlanılmasına və yenidən yoxlanılmasına, yoxlama işlərinə hazırlığa çox vaxt itirirlər.
İmtahanlar yaxınlaşdıqda həyacanlı uşaqlarda bu cür simptomlar yarana bilər: həyəcanın vegetativ simtomları (tərləmə, taxikardiya və ya taxipnoe, epiqastral diskomfort, başgicəllənməsi, ağızda quruluq).
İmtahanqabağı uşaqlar narahatlıq, gərginlik baş ağrıları, titrətmə kimi hisslər yaşayırlar.
Gələcək uğursuzluqlardan daimi narahat olur, yaranan həyəcan isə diqqəti toplamağa maneə yaradır, bu isə özünü təhsildə göstərir.
Məktəb həyəcanını ayırd etmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır:
- Məktəbə getməzdən əvvəl vegetativ əlamətlərin yaranmasına;
- Qiymətlərin aşağı düşməsinə;
- Təhsilə və əlavə məktəb məşğələlərinə marağın itməsinə;
- İmtahanlardan qorxuya;
- Lövhə qarşısında dərs danışmaqdan imtinaya;
- Dərsdən qaçmalar, aqressiv davranışa.
Bəs nə etməli?
- Həyəcanın somatik səbəblərini istisna etmək üçün pediatra müraciət edin.
- Bu tədbirləri həyata keçirməyə çalışın:
- Mühitin dəyişdirin. Əgər məlum olsa ki, uşağa təhdid olunur və ya onlara qarşı ədalətsizlik edilir, o zaman rəhbərliyə şikayər edin və ya başqa məktəb axtarın. Çünki məktəbə qarşı başlayacağınız “müharibə” uşağa daha çox neqativ təsir göstərəcək.
- Uşağın hobbi və ya digər maraqlarına dəstək olun.
- Digər dərs məşğələsi formalarından istifadə edin (məsələn, repetitorla hazırlaşma).
Əgər simptomatika aradan qalxmazsa, medikamentoz müalicə göstsərişdir.(həkimtap.az)