"Bu gün günorta saatlarında universitetlərə ixtisas seçimi başlayacaq. Builki qəbul imtahanlarında 74 438 nəfər iştirak edi
Psixoloq.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
M.Abbaszadə bildirib ki, ümumilikdə 91 498 nəfər ixtisas seçimində iştirak edəcək.
“Həmin şəxslərdən bəziləri V ixtisas qrupuna sənəd verənlərdir və onlar I və IV qrupa imtahan verməyib. Onlar buraxılış imtahanları nəticəsi əsasında ixtisas seçiminə buraxılıblar. Avqustun 9-na qədər qabiliyyət imtahanı davam edəcək. Bu imtahanlar üçün 8277 nəfər qeydiyyatdan keçib. 14 015 nəfər komissiyada iştirak edəcək. 2378 nəfər isə kollecə ixtisas seçimi edəcək".
M.Abbaszadə iştirakçılara seçimlərini dəqiq etmələri ilə bağlı xəbərdarlıq edib:
“Bir ixtisas kodu dəyişirsə yerləşdirmədə müəyyən problemlər ortaya çıxır. Kodların seçilməsi prosesi başlayandan az sonra bizə müraciət edirlər ki, seçimi ləğv edin və yenilərini seçəcəyik. Burdan müraciət edərək bildirirəm ki, seçimləri dəqiq edin".
M.Abbaszadə keçid ballarından da danışıb. O bildirib ki, ixtisas seçimində hər kəs balını bilib buna uyğun seçim etməlidir.
“İxtisas qruplarında keçid balları müxtəlifdir Təəssüf ki, ixtisas seçimi zamanı abituriyent və onun valideyni kiməsə müraciət edir. Bunun da nəticəsində abituriyent istəmədiyi ixtisasa və şəhərə qəbul olur. Ona görə də ərizəni təsdiq edən abituriyentin özü olmalıdır. Birinci və ya axırıncı ərizənin təsdiq edilməsi heç bir əhəmiyyət kəsb etmir. Çünki seçim abituriyentin topladığı bala əsasən aparılır. Məsləhət görərdim ki, üç dəfə ərizə dəyişməkdənsə dəqiq seçim edilsin. İxtisas seçimininin rahat olması üçün Dövlət İmtahan Mərkəzinin xidmətləri fəaliyyət göstərir.Valideynlər də bu xidmətlərdən yararlana bilərlər".(publika.az)