Məşhur aktyoru döydülər

Səhhətindəki problemlərdən dolayı Bodrumda yaşayan və İstanbuldan uzaqlaşan aktyor Nejat İşlər döyülüb.

Psixoloq.az xəbər verir ki, Nejat İşler restoranda dostları ilə söhbət edərkən xanım pərəstişkarı aktyorla foto çəkdirmək istəyib. Təklifi rədd edən Nejat İşler, qadının əri tərəfindən döyülüb. Məşhur oyunçunun dava zamanı dişinin qırıldığı və huşunu itirdiyi deyilir.

Dostları aktyoru dərhal xəstəxanaya aparıb. Həkim müdaxiləsindən sonra kino ulduzu evə buraxılıb.