Milyard dollarlıq qızılla dolu olan gəmi tapılıb

113 il əvvəl cərəyan edən Rus-Yapon müharibəsi zamanı batan və içində təxminən 130 milyard dollar dəyərində qızıl olduğuna inanılan gəmi Cənubi Koreyalı xilas etmə qrupu tərəfindən tapılıb.
Psixoloq.az xəbər verir ki, xilasetmə dəstələri ”Dmitri Donşkoy” adlı rus döyüş gəmisinin dağıntılarının olduğunu açıqlayıblar. İddialara görə gəmi batdığı zaman Sakit okean donanmasına aid bütün qızılların gəmidə olduğu və bu günkü dəyəri 130 milyard dollar səviyyəsində bir dəyərə sahib olduğu düşünülür. 
Qeyd edək ki. daha əvvəl də bir çox şirkət gəmini tapmağa təşəbbüs göstərib, ancaq heç biri müvəffəqiyyət qazanmayıb. “Şinil Group” adlı Cənubi Koreyalı şirkət gəmi dağıntılarının Ulleungdo adasından 1.3 kilometr məsafədə və dənizin 434 metr dərinliyində olduğunu açıqlayıb.(Moderator.az)