“Mövsümlə bağlı şikayətlər artıb” – BNA

“Mövsümlə əlaqədar olaraq kondisionerlə bağlı şikayətlərin sayı artıb”.

Bu barədə bizimyol.info-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA)ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

O qeyd edib ki, BNA bununla bağlı hər dəfə daşıyıcılara xəbərdarlıq edilir: “Ola bilsin hər hansı bir avtobusda nəsə texniki səbəbdən sərinləndirmə sistemi işləmir amma daşıyıcı buna da nəzarət etməlidir ki, bu cür problemlər olmasın”.

Qeyde dək ki, hazırda şəhərdaxili marşrutlarda ümumilikdə 2100 avtobus fəaliyyət göstərir. Amma sərnişindaşımada 400-dən artıq kondisionerli avtobus fəaliyyət göstərir.