Keçmiş həyat yoldaşı Sinem Gedik ilə İntizar arasındakı münasibətə görə uşağını anasından almaq üçün məhkəməyə müraciət edən Mustafa Cecelidən yeni xəbər var.
Psixoloq.az axşam.az-a istinadən xəbər verir ki, müğənni İntizarın açıqlamasından sonra yenidən məhkəməyə müraciət edib. O, İntizardan qorunma tələbi irəli sürüb.
Müğənnini haqlı bilən İstanbul Ailə Məhkəməsi İntizarın 2 ay müddətində Mustafaya yaxınlaşmasına, vasitəçilərlə olsa belə onu narahat etməsinə, təhqir, təhdid dolu açıqlamalar verməməsinə qərar verib. İstanbul 9 Ailə Məhkəməsi Mustafa Ceceli ilə Sinem Gedikin 7 yaşındakı oğlu Arın Cecelinin mənfəətinin qorunması üçün Sülh Hüquq Məhkəməsinə müraciət edərək, uşağa qəyyumluq tələbini irəli sürüb.