Mahnıları ilə qısa zamanda qəlblərə taxt quran məşhur müğənni Elvin Mirzəzadə falçıya getdiyini etiraf edib.
Mirzəzadə, bu barədə ilk dəfə Psixoloq.az portalına məlumat verib.
O, əslində fala inanmadığını ancaq təsadüfən fala baxdırdığını açıqlayıb:
“Heç zaman fala inanmamışam. Bu dinə olan inancımdanmı deyim, ya Allaha olan sevgimdənmi deyim hər zaman bu istiqamətdə fikirlər bildirmişəm. Hardasa əsgərlikdən sonra gəlmişəm. Nə diplomum üzrə iş tapa bilirəm nə də özümü hansı sahələrə vururam heç bir effekt vermir. Səbrim çatmırdı. Artıq depressiv vəziyyətə düşmüşdüm. Evdən pul almağa utanırdım. Sonra padval tipli yerdə işə başladım. Günə 15-20 manata. Məsələ 2015-ci ildə baş vermişdi. Və ora bir qadın gəlir. Artıq hamı gedib. Pavilyon boşdu və kartla fala baxır. Mən də lağ-lağı formada yaxınlaşdım ki mənim də falıma bax”.
Mirzəzadə falçının ona müddət qoyduğunu və haqqında dediklərinin hər birinin gerçəkləşdiyini açıqlayıb.
“İndi deyəcəm amma reklam kimi anlaşılmasın amma adam ağzını açdı və hər şeyi olduğu kimi dedi. Adam mənə müddət qoydu. Mənə dedi ki, iki il müddətinə elə bir şey edəsən ki bütün Azərbaycan səndən danışacaq. İndi nələrə nail olmuşamsa elə bil qadın siyahı tutub bunları mənə öncədən demişdi”,-deyə müğənni vurğulayıb.
Şəhanə Quliyeva