Nişanlılar mübahisə etdi - 5 milyonluq toy ləğv edildi

Antalyada keçirilməsi planlaşdırılan hind toyu ləğv edilib.

Psixoloq.az ölkə.az-a istinadən xəbər verir ki, buna səbəb bəylə gəlin arasında baş verən mübahisədir. Toyun büdcəsi 5 milyon dollar idi və məşhur ulduz Britni Spirs də toyda iştirak etməli idi.

Məlumata görə, toydan bir neçə gün əvvəl gəlinin bir qohumu dünyasını dəyişib. Yas səbəbindən toyun vaxtı dəyişdirilib. Sonra isə gəlinlə bəy dalaşıb ayrılıblar.

Bildirilir ki, 5 milyon dollarlıq toya 1000 nəfər dəvət edilmişdi. Qonaqlar üçün 3 gecə, 4 günlük otel otaqları kirayəyə götürülmüşdü.