Uşaq üçün ən intensiv inkişaf dövrü onun həyatının ilk üç ilidir ki, bu da beynin inkişafda və kamilləşməkdə olduğu bir dövrdür. Bu bacarıqlar uşaqlar arasındə ünsiyyətin yaranmasına kömək edir. Nitq mexanizmi (çənə, dodaq,dil) və səs inkişaf etdikcə, uşaq daha da formalaşmış sözlər tələffüz etməyə başlayır. Uşağın 1-11 aylıq dövrünü əhatə edən mərhələ iisə “Nitqə hazırlıq mərhələsi” adlanır.
0-3 aylıq - Uşaq anadan olan zaman ağlayır, narahatçılığı olanda, bir yeri ağrıyanda ağlamaqla biruzə verir. Onunla danışanda gülüşlə cavab verir, müxtəlif səslər çıxarır.
4 aylıq - Səsin gəldiyi yerə baxaraq, onunla söhbət edən zaman qığıldayır.
5-6 aylıq - Dərhal səs gələn tərəfə çevrilir, bəzən uzun-uzadı sait səsləri (a,e,o,ü,u,ö,ə,ı,i) çıxarır. Beləliklə, anlama prosesi inkişaf etməyə başlayır.
7-9 aylıq - Çoxsaylı təkrar hecalar deyir, səslərə diqqətlə qulaq asır və ona öyrədilmiş hərəkətləri icra edir. Məsələn: Əl çalır.
10 -11 aylıq - Valideynlərin göstərişi ilə oyuncaqlarla oynayır və ona öyrədilən hərəkətləri yerinə yetirir. Məsələn: Kubiklərlə oynayır, üst-üstə qoyur “Ver” göstərişi ilə tanıdığı əşyanı tapır və verir.
Sözləri və sadə göstərişləri başa düşür, təkrar hecalardan yavaş-yavaş sözlərə keçir.
1 yaş - Bu yaş dövründə ünsiyyət qurma, təqlid etmə, ümumiləşdirmə bacarıqları sürətlə inkişaf edir. Kənardan gələn səsin mənbəyini axtarır. Məsələn: maşın səsi, uşaq səsi və s. Artıq təqribi 10-12 söz ifadə edir.
1 yaş 6 aylığında uşaqda 30-40 söz civarında söz bazası yaranmış olur.
2-3 yaşında – Bu yaş dövrü lüğət tərkibinin kəskin artması dövrüdür. Uşaq əşyaları tanıyır, onlar haqqında qısaca 2-3 sözdən ibarət sözlər işlədir. Səsləri daha aydın tələffüz etməyə başlayır. Sadə dialoqlara keçir. Öz cinsini (qız,oğlan) tanıyır və söyləyir.