Nitq inkişafını ləngidən amillər - Psixi inkişaf...

Müasir dövrümüzdə insanı öyrənən 200-dən çox elm sahələrinin içərisində psixologiya elmi mühüm yer tutur. Psixologiya qədim yunan sözü olub (psyuxe-ruh ruhi aləm loqos-elm bilik öyrənmək) psixika haqqında elm deməkdir. Psixologiya fəaliyyət və ünsiyyətin psixoloji probləmlərini öyrənir. Psixologiya beyində obyektiv aləmin subyektiv sürəti kimi əmələ gələn psixikanın faktları qanunauygunluqları və mexanizimləri haqqında elmdir. Həmçinin psixologiya psixi proseslər, psixi hallar və psixi xassələr haqqında elmdir. Psixi proseslər də 3 yerə bölünür. İdrak prosesləri, iradi proseslər və emmosianal proseslər. İdrak proseslərinə duyğu, qavrayış, diqqət, hafizə, nitq, təfəkkür və təxəyyül aiddir.

İnsan dünyaya gələrkən nitqi özü ilə hazır şəkildə gətirmir. Uşağın psixi inkişafında nitq çox böyük rol oynayır. Tərbiyyə işi düzgün təşkil edildikdə onun nitqinin inkişafı əsasən 4 mərhələni əhatə edir. Birinci mərhələ, nitqin nkişafının hazırlıq mərhələsidir. Bu uşağın anadan olduğu gündən 1 yaşa qədər olan dövrü əhatə edir. İkinci mərhələ şifahi nitqin inkişafı mərhələsidir ki, bud a 1 yaşdan 3 yaşa qədər olan dövrə təsadüf edir. Üçüncü şifahi nitqin zənginləşməsi mərhələsidir. Bu mərhələ 3 yaşdan 7 yaşa qədər olan dövrü əhatə edir. Dördüncü mərhələ nitqin təkmilləşməsi və yazılı nitqin inkişafı mərhələsidir və 7 yaşdan sonar baş verir.

Nitq uşağın dünyaya gəldiyi gündən etibarən tədricən ünsiyyət vasitəsi kimi inkişaf edir və başqalarının emosianal vəziyyəti, uşaq tərəfindən onun mimikası jest və pantomimikaları vasitəsilə anlaşılır. 3 yaşlı uşağın nitqində 1000-1500, 4 yaşlının nitqində 1600-1926, 5 yaşlı uşağın nitqində isə 2500-3000-ə yaxın söz ehtiyyatı olur. Ona gorə də istər valideyinlər istərsədə tərbiyyəçi müəllimlər uşaqlara geniş izahatlı, düzgün tələffüz qaydalarını elə örətməlidirlər ki, onların nitqi inkişaf edib məktəb təlimi üçün zəruri olan səviyyəyə çatmasına müsbət təsir göstərsin. İnsan təfəkkürünün inkişafında nitqin rolu çox böyükdür. Nitq vasitəsilə insanlar nəinki öz fikirlərini bir-birinə çatdırır, həm də onların təfəkkürü nitqli ünsiyyət prosesində təşəkkül edir və formalaşır.

Çox zaman nitq qüsurları uşaqlarda kompleks, özün inamsızlıqda yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar məktəbə və baxçaya getmək istəmirlər. Elə psixika var ki nitqi geri salır. Elə qüsurlu nitq var ki, psixikanı geri salır. Yəni uşağın nitqində qüsur varsa və ya ümumiyyətlə nitq yoxdursa uşağın psixoloji aləminə təsir edir. Belə ki, nitq vasitəsi ilə uşaq ünsiyyətə girir, lüğət ehtiyyatı artır, təsəvvürlər formalaşır. Nitqdə ləngimə varsa bu xüsusiyyətlərdə ləngiyir. Amma psixoloji olaraq uşaqda ləngimə varsa onun nitqinə mənfi təsirsiz ötüşməyə bilməz. Beləki uşaq deyilən müraciəti anlamırsa onun nitqində, lüğət ehtiyatında qüsurlar olacaq. Buna görədə uşaqla defektoloji-loqopedik iş aparılarkən mütləq uşağın psixoloji səviyyəsi, bacarığı, yaşı, diqqəti və aktivliyi nəzərə alınmalıdır. Bəzən isə uşaqlarda psixi inkişaf ləngiməsi kimi mənfi tendensiya müşahidə edilir. Etiraf etmək lazımdır ki, psixi inkişaf ləngiməsi dövrümüzün aktual problemlərindən biridir. Bu problem ilk dəfə XIX əsrdə Lassenq və Lorens tərəfindən aşkarlanıb. Müasir dövrdə psixi inkişaf ləngiməsi daha ətraflı öyrənilməyə başlayıb. Psixi inkişaf ləngiməsi tam və ya qismən ola bilər. Bunu müəyyən etmək üçün psixi inkişaf ləngiməsinin yaranma səbəbini aşkara çıxarmaq lazımdır. Nitq İnkişaf Mərkəzində hesab edirlər ki, bu amillər isə 3 qrupa bölünür. Birincisi, endogen amillər-yəni daxili səbələrdən qaynaqlanan amillər qrupu, ikicisi, ekzogen amillər-yəni xarici səbəblərdən qaynaqlanan amillər qrupu və nəhayət üçüncüsü, irsi amillər. Endogen amillərə - hamiləlik dövründə ananın qida rejiminin pozulması, keçirdiyi infeksiyalar, hamiləliyin ümumi toksikozu, nevropatiya daxildir. Ekzogen amillərə - doğuş zamanı travma, erkən yaş dövründə keçirilən xəstəliklər daxildir. İrsi amillər isə genetik faktorlarla bağlıdır. Mərkəzdən bildirilir ki, bəzən isə hormonal problemlərin də psixi inkişaf ləngiməsinə səbəb olması barədə fikirlər də söylənilir. Lakin bu fikir tam təsdiqini tapmayıb.

Psixi inkişaf ləngiməsini səciyyələndirən bəzi xarakter xüsusiyyətlər var. Adətən bu kimi insanlar ətrafındakıların köməyi olmadan bir iş görməkdə çətinlik çəkirlər. Çox vaxt isə məntiqsiz hərəkətlər edirlər. Həmçinin say, zaman və böyüklük ölçülərindən istifadə zamanı çətinliklə üzləışirlər Bir qayda olaraq diqqəti mərkəzləşdirə bilmir, təfəkkür sferasında analiz, sintez, ümumiləşdirmə proseslərində çətinlik çəkirlər. Həmçinin psixi inkişaf ləngiməsindən əziyyət çəkənlərdə iradə və emosional sferada kasadlıq, təsəvvür etmədə çətinlik, tez təsir altına düşmə kimi də mənfi hallar müşahidə edilir.

Nitq İnkişaf Mərkəzində hesab edirlər ki, əgər uşaqlarda bu hallar müşahidə edilərsə, o zaman vaxt itirmədən mütəxəssis köməyindən faydalanmaq zəruridir. Çünki vaxtında müdaxilə edilmədikdə daha sonra ağır nəticələrlə üzləşmə riski böyükdür.

Kamal