Obsessiv-Kompulsiv Pozuntu ( OKP ) - Təşviş yaradan fikirlərin meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən hərəkətləri təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP pozuntusu olan şəxslər bəzi hərəkətlərinin mənasız olduğunun fərqində ola bilirlər, ancaq özlərini dayandıra bilməzlər.
Bəs OKP əlamətləri nələrdir?
Psixoloq.az məşhur obsessiv əlamətləri təqdim edir :
•Çirklənməkdən və mikroblardan qorxma
•Başqasına zərər verməkdən qorxma
•Səhv etməkdən qorxmaq
•Rüsvayçı olmaqdan və ictimai baxımdan qəbuledilməz bir şəkildə davranmaqdan qorxma
•Şeytanca və günahkar düşünməkdən qorxma
•Nizam, simmetriya, qüsursuzluq ehtiyacı
•Həddindən artıq şübhə və davamlı güvən ehtiyacı
Məşhur kompulsiv əlamətlər : (sarışan fikirlər)
•Təkrar-təkrar yuyunma, çimmək və ya əllərini yumaq
•Əl sıxmaq və ya qapıya toxunmağı rədd etmək
•Açar, soba kimi şeylərə tez-tez nəzarət etmək
•Gündəlik işləri edərkən içindən və ya yüksək səslə davamlı sayı saymaq
•Tez-tez bir şeyləri müəyyən bir şəkildə tənzimləmə
•Müəyyən bir qaydada yemək yemə
•Ümumiyyətlə, narahat edici olan, ağıldan çıxmayan və yuxunu bölən sözlərə, görüntülərə ilişib qalma
•Müəyyən cümlələri, sözləri və ya duaları təkrarlama
•İşlərini müəyyən bir sayıda etmək ehtiyacı
•Dəyəri olmayan şeyləri yığmaq
OKP diaqnozu necə qoyulur ?
OKP üçün laboratoriya testi edilməz. Həkim xəstənin bütün analizini dəyərləndirərək diaqnozu dəqiqləşdirir.
OKP necə müalicə edilir ?
OKP öz-özünə keçməz, buna görə də müalicə edilməsi önəmlidir. Dərman və özünəməxsus davranış terapiyası ilə təsirli şəkildə müalicə etmək olar. Ən uğurlu müalicə hər ikisinin birlikdə tətbiq olunmasıdır. Dərman müalicələrinin təsiri daha qısa müddətdə başlayarkən, terapiyanın təsiri daha effektli olur.