ABŞ-da iki xəstəxanada istifadə edilən alqoritmlər xəstələrin sağalacağı vaxtla yanaşı, ölüm tarixlərini də təxmin edib.
Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, “Nature” jurnalında yayımlanan məqaləyə görə, alqoritm keçmiş xəstələr haqqında məlumatları təhlil edərək nəticələr haqqında həqiqətə uyğun bilgilər verir.
Aloqritmin əldə etdiyi nəticələrdə gerçəklik payı hər gün artmaqdadır. O, xəstəlik tarixcəsi ilə yanaşı, bir çox məlumatı eyni anda təhlil edir və gələcəkdə baş verəcək nəticələr barədə müəyyən təxminlər edir.
Ancaq səhiyyə sektoruna süni intellektin tətbiqi ilə bağlı narahatlıqlar da az deyil. Çoxlu sayda məlumata ehtiyac duyan sistem üçün hökümətlərin və sığorta şirkətlərin mərkəzi kompüter sistemində olan bilgilərdən istifadə edilir. Bununla da gələcəkdə səhiyyə sektorunun Gugl kimi məşhur şirkətlərin inhisarına çevrilməsi narahatlığı yaranır.