Övladımda disleksiya var,nə edim?

Normal zəka düzəyində olmasına rəğmən dil, oxuma və yazma bacarıqlarında problemlər yaşanmasına səbəb olan özəl öyrənmə pozuntusudur.

Hərfi mənası «dis « çətinlik, yoxluq; leksiya « dil deməkdir 

Oxuma çətinliyi ilə bərabər gələn özəl öyrənmə çətinliyidir.

Disleksiya- edilən müdaxilələrə baxmayaraq uşağın öyrənməsində olan çətinlikdir.

Diskalkuliya – hesablama , riyazi əməllərlə bağlı çətinlik, pozuntu 

Disqrafiya – yazı ilə bağlı pozuntu 

Dispraksiya- motor və hərəkət koordinasiyası pozğunluğu

Diskalkuliyanın əlamətləri

Rəqəmləri yalnış qavrayır

Rəqəmlərin yerini səhv yazır 

Durğu işarələrini səhv qoyur ( disqrafiya)

Riyazi əməllərdə çətinlik çəkir 

Ölçü qavramlarinda çətinlik çəkir 

Müqayisə etməkdə çətinlik çəkir ( böyük – kiçik işarəsi)

Çox çalışmasına rəğmən hərf, rəqəmləri yadında saxlaya bilməmək

Hərf və rəqəmləri oxşar/ fərqli səslənməsinə görə qarışdırmaq

Səsli oxumaqdan imtina 

Başqası oxuyanda anlama, lakin öz oxuduğunu anlamama

Çox ləng oxuma

Oxuyan zaman çox həyəcanlanma

Ürəkbulanma ,qarın ağrısı ( oxuyan zaman )

Cümlələri intonasiya ilə deyil , tək- tək sözlərlə oxumaq

Sözü tərsinə oxumaq 

Sağ / solu qarışdırır 

Vizual qavramada zəiflik

Oxuyarkən sözün sonuna heca əlavə etmək və ya son hecani oxumamaq

Zaman , məkan qavramlarini qarışdırır .

Dislektik uşaqlar çox erkən yaşlarda tanına bilər ,amma məktəb dövrünün başlaması ilə daha qabarıq şəkildə ortaya çıxır . Çünki oxu yükü artır .

Uşaqların 7-10% də disleksiya əlamətləri müşahidə olunur.

Disleksiyanin səbəbi məlum deyil. Disleksiya oxuma prosesində olan bioloji problemin nəticəsidir.

Hər 5 uşaqdan birində disleksiya görülür .

Disleksiyanın 37 əlamətini müəyyən ediblər.

Disleksiyanin ən böyük səbəblərindən biri genetik faktordur. Ata və yaxud anada varsa , uşaqda da görülə bilər .

Disleksiya özü ilə bərabər özgüvən əksikliyi və 50% diqqət əksikliyi gətirir.

Necə kömək etməli?

1.Valideyn səbrli olmalı 

2.Digər uşaqlarla muqayisə etmək olmaz 

3.Danlamaq, mühakimə etmək, tələsdirmək olmaz .

4.Həyəcanlanan zaman üzərinə getməmək

5.Onları tənbəl adlandırmamaq

6.Arxa partada otuzdurmamaq

7.Daha çox diqqət ayrılmalı

8.Onlara daha sadə çalışmalar verilməli