Artıq yeni məktəb mövsümünə az qalıb.
Yay ərzində istirahət edən uşaqların üzərində birdən-birə dərs yükü məsuliyyəti olacaq.
Bu, xüsusilə də gözlərinə mənfi təsir göstərə bilər.
Bəs gözləri necə qorumalı?
Psixoloq.az bunun üçün uyğun yolları təqdim edir:
- Uşağın gün rejimi düzgün qaydada qurulmalıdır. Xüsusən bu , dərs etmə perioduna aid edilir.
- Dərsdən sonra 1-2 saat ərzində istirahət etməsini təmin edin.
- Dərs etdiyi hər yarım saatdan bir, 10 dəqiqə istirahət etməsi məsləhət görülür.Yaşı artdıqda bu fasilə hər 1 saat ərzində ola bilər.
- Dərs çalışdığı otağın işıqlı olmasına diqqət edin. Bu, gözləri qoruyan əsas amildir.
- Axşamları oxumasına çox icazə verməyin.
- Yuxu əsas amillərdəndir. Yorğunluq, yuxusuzluq gözlərə də mənfi təsir göstərir.
- Uşaqlar kompyuter arxasında 15 dəqiqə oturduqdan sonra, mütləq şəkildə fasilə etməlidirlər.