Motivasiya insanı hərəkətə gətirən daxili emosional haldır. Özümüzü necə motivə edə bilərik? Bunun üçün nəyi etməli və nəyi etməməliyik?
1 – Hər nə olsa da, özünüzdən neqativ emosiyaları rədd edin! Düşünün ki, bütün düşüncələr maddidir və formalaşa bilir. Əgər mütəmadi və davamlı pis şeylər haqqında düşünsəniz, sizin başınıza gələcəkdir.
“Uğur son, uğursuzluq ölümcül deyil, davam etmək cəsarəti – bax, bunun anlamı vardır”. (Uinston Çörçil).
2 – Özünüzə söz verin ki, bazar günü olsa belə, siz yuxudan erkən qalxacaqsız. Ən yaxşı motivasiya sübhdən başlayır.
Yoxlayın, siz yuxudan tez dursanız, kifayət qədər vaxtınız olacaq. Hətta harasa tələsməsəniz belə, heç bir işiniz olmasa da, tez durun. Bu vaxtı özünüzə, öz inkişafınıza sərf edin, bir neçə səhifə faydalı kitab oxuyun.
3 – Qələbəyə motivasiya - Həmişə qələbəyə hərəkət et. Hər bir insanın müəyyən durumda qələbə çalıb, məğlub olmaq seçimi var. Yuxudan duran kimi, tələsməyin, yerinizdəcə düşünün, “Bu gün mən dünəndən daha yaxşı olacağam. Bu gün əla gün olacaq. Bu gün məni kiçik qələbələr gözləyir”. İnanın ki, gün boyunca pozitiv, enerjili və özünəinamlı olacaqsız. Bu durumunuzda isə heç kəs sizə mane ola bilməyəcək.
“Bəxti gətirən adam o kəsdir ki, başqalarının etmək istədiklərini etmişdir”. (Jül Renar)
4 – Pozitivlik və xoş əhval-ruhiyyə motivasiyası - Çalışın ki, istənilən halda yaxşını və pozitiv anları görə biləsiz. Bilin ki, insanlar müsbət, pozitiv, optimis adamlara meyil edirlər. Kimsə deyə bilər ki, bəs əgər bir adamın başına pis hadisə gəlibsə, onda nə etməlidir? Sadəcə bunu anlamaq lazımdır ki, başınıza gələn hər bir şey sizin üçün təcrübədir. Əgər bu cür hadisələr olmasaydı, siz zəif, gücsüz və uğursuz olardız. Bunlar sizi daha güclü və məqsədyönlü edir.
5 – Yardım motivasiyası - Ehtiyacı olan digər insanlara yardım etməkdən imtina etməyin. Xeyirli iş görəndə siz yalnız yaxşı iş görmürsüz, həm də xoş hislər qazanırsız. Başqalarının həyatını yaxşılaşdırdıqda, öz həyatınız da yaxşılaşır.
6 – Motivasiyanız şübhələriniz səbəbindən dağılır. Çox adam həyatda irəliləyiş əldə etsə də, özünəinamsızlıqdan motivasiyasını saxlaya bilmir. Bəzən onlara elə gəlir ki, nəyisə düz etmirlər, yaxud düz yolda deyillər. Bilin ki, inam hər bir insanın ən zəruri göstəricisidir. O olmasa həyatınızda uğur olmaz. Özünəinamı artırmaq üçün yollardan biri verdiyin sözü tutmaqdır. Başqalarına verdiyiniz sözü tutduqda özünüzə vermiş olduğunuz sözü də tutacaqsız və bununla sizə özünəinam yaranacaqdır.
7 – Arzunuza doğru hərəkətdə özünüzə proqres hiss etmək şansı verin.
“Alışıb-yanan ürək üçün mümkün olmayan heç bir şey yoxdur”. (Con Heivud)
Bilin ki, bizim orqanizm ağıllı bir mexanizmdir ki, bizim enerji və gücümüzü qoruyub saxlayır. Əgər sizin fəaliyyətinizdə proqres yoxdursa, gələcəkdə də olmayacaqsa, bu sizdə zəifləyəcəkdir. Nəticədə motivasiya öləcək və tənbəlliyə gətirib çıxaracaqdır. Yaxşısı budur ki, təbiət qanunları ilə oynamayaq, bu bizə baha başa gələr. Onlarla əməkdaşlıq edək.
8 – Proqresinizi müqayisə edin. Biz həmişə öz motivasiyamıza sübut etməliyik ki, işlərimiz uğurlu gedir. Hər keçən gün bu artmaqdadır. Bilin ki, siz proqresi müqayisə etməlisiniz, prosesi deyil. Məsələn, siz faydalı kitabdan 30 səhifə oxumusunuz. Bu, prosesdir. Ancaq mən o kitabdan 30 sual versəm və siz cavablasanız, mənimsəmiş olduğunuza görə proqres olacaqdır.
9 – Özünüzlə yarışın. Özünüzü başqalarıyla müqayisə etmək sizi demotivə edə bilər. Hətta irəli getsəniz belə, bunu etməyin. Bilin ki, hər kəsin öz həyatı, işi və münasibəti var. Başqasıyla yarışdıqda bu, çox gülünc görünür. Sanki futbolçu velosipedçiylə yarışmaq istəyir. Hər gün bir miqdar çox üstün gəlməli olduğunuz yeganə kəs özünüzsüz.
Hər gün cəsarətinizi toplayıb deyin: “Mən bacarıram, öhdəsindən gəlirəm, mən nail olacağam və bu, yalnız mənə lazımdır!”
Həyatımız öz əlimizdədir, onun bədbəxt, yaxud xoşbəxt olması da bizdən asılıdır.
Fərid Abdullah