Özünüdərk və "Overthinking" Sindromu

İnsanın özünün fərqində olması ən böyük xoşbəxtlikdir.Sadəcə özünüdərketmə'nin bəzi fəsadlarına rast gəlinir.Özünüdərketmə'nin iki fərqli növü var, ictimai və şəxsi.

İctimai özünüdərk: Başqalarına necə görünə biləcəyimizdən xəbərdar olmaqdır. Bu şüur ​​sayəsində biz sosial normalara daha çox riayət edirik və sosial cəhətdən məqbul olan tərzdə davranırıq.Bu cür şüurun faydaları olsa da, özünüdərketmə təhlükəsi də var. Bu xüsusiyyətdə xüsusilə yüksək olanlar başqalarının onlar haqqında nə düşündüyü barədə narahat olmaq üçün çox vaxt sərf edə bilirlər. Zənnimcə bu fəsadlar "Overthinking" (həddən artıq düşünmə) sendromu ilə bağlıdır. Həddindən artıq düşünmək həddindən artıq zərərli zehni fəaliyyətdir, istər bu fəaliyyət təhlil etmək, mühakimə etmək, izləmək, qiymətləndirmək, nəzarət etmək və ya narahat etmək hər biri ola bilər.

Həddindən artıq düşünməyin sizin üçün problem olduğunu biləcəksiniz, əgər:

• Çox vaxt öz düşüncələrinizin fərqindəsinizsə

• Siz meta-düşüncə ilə məşğul olursunuz, yəni düşüncələriniz haqqında düşünürsünüzsə

• Düşüncələrinizi idarə etmək və ya yönləndirmək üçün çox çalışırsınız, xoşunuza gəlmir və ya kortəbii olaraq narahat olursunuzsa.

Şəxsi özünüdərk: İnsanın daxili vəziyyətini fərq edə və əks etdirə bilməkdir. Şəxsi özünüdərk edənlər introspektivdirlər, daxilindəki hisslərinə və reaksiyalarına maraqla yanaşırlar.Situasiyalara düzgün və ya yanlış olduğuna bağlı olmadan vicdanla baxmaq bacarığına malik olurlar.