Özünüzlə tez-tez danışırsınız ?

“Düşünmək, ruhun öz-özüylə danışmasıdır”.

Daxili söhbətlərdə özünüzü ələ alıb gücləndirə biləcəyiniz kimi, yıxıcı duyğuları qızışdırıb özünüzü məhv də edə bilərsiniz.

Gün ərzində ağlınızdan orta hesabla 70.000-ə yaxın fikir keçir. Başqa bir tədqiqata görə daxili söhbətlərimizin 75%-nin pis, üzücü, gücsüzləşdirici olduğu bildirilir. Əslində “Daxili nitqi” artıran səbəblər çoxdur.

Hər bir insan doğulduğu andan etibarən özünü və əməllərini şüurlu və şüursuz şəkildə təhlilə başlayır. Bunu etməməliydim, deməməliydim, gözləməliydim… minlərlə edilmiş hərəkətləri və onlardan sonrakı peşmanlıqlar. Əslinə baxarsanız, insan etdiyi bütün addımlardan sonra beynində uzun müddət təhlil aparır.

Atdığımız addımları əlbəttə ki, təhlil etmək doğrunu yalnışdan ayırmamıza kömək olur. Əgər etdiyimiz hərəkətlərə görə biz məsuliyyət hiss etməsək, bu da cəmiyyətdə böyük bir xausa yol açar.

Ancaq bəzi insanlar olan hadisələri beyinlərində çox böyüdür, beyinlərini yarana və əldən salana qədər bu hadisəni təhlil edirlər. Nəticədə də “takıntı” dediyimiz yəni bir düşüncədə ilişib qalma və o düşüncədən uzaqlaşmaqda ciddi şəkildə əziyyət çəkmək.

Bu hallar bir müddət sonra o insanlarda ciddi xəstəliklərə qədər gedib çıxa bilir.

Əgər bizim beynimizdən gün ərzində bu qədər çox fikir keçirsəvə biz hər düşüncəyə bu qədər ilişib qalsaq, onda beynimiz çox tez yorular və təslim olar ki, bu da ağır əsəb-sinir problemlərinə gətirib çıxarar.

Əsasən fəaliyyət alanı, hobbiləri, işi və məşğuliyyəti daha az olan insanlarda daxili nitq hədsiz artır. Müqayisə etsək ki, beyni daha çox işlərlə məşğul olan insanın “boş-boş” fikirləri təhlil etməyə zamanı daha az olur. Bu tip insanlar daha səbrli və daha sakit həyat yaşayırlar.

Əslində onların da özlərinə görə problemləri var, sadəcə olan hadisələri olduğu kimi qəbul edir, insanları olduğu kimi qəbul edib dəyişməməyə daha çox qəbullanmağa çalışırlar.

Və əlbəttə ki o zaman problemi atlatmaq da asan olur. Orqanlarımızın içərisində beyin ən çox işləməyi sevən orqandır. Əgər beynimiz bekar qalırsa, özünə uğraşacaq alanlar axtarır və siz də beynə heç bir məşğuliyyət vermirsinizsə, beyin dəyirman daşı kimi özün üyütməyə çalışır.

Nəticə etibarilə ağır nevroz və sarışan nevroz başlayır. Artıq beynə istənilmədən belə daxil olan və qovmaqda çətinlik çəkdiyiniz fikirlərin sayı gün-gündən artır və dözülməz hala gəlir. Ümumiyyətlə, terapevrik məsləhətlərdən biri stress və stressi yaradan səbəblərin azaldılması və fəaliyyət alanının genişləndirilməsidir.

Gün ərzində aktivlik artan kimi daxili nitq və neqativ düşüncələrin sayı sürətlə enir. Əslində problemi başladan da bitirən də elə siz özünüz olacaqsınız.

Beyninizi lazımsız fikir və yükləmələrdən azad edib, fəaliyyət dairənizi, məşğuliyyət və hobbilərinizi artırsanız, lazımsız və boş fikirlərin yerinə beyində daha canlı və pozitiv fikirlərin sayı artar.

 Lalə Əhmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu