Pivə haqqında bilmədiyiniz maraqlı faktlar

Tədqiqatçıların fikrinə əsasən, pivəni lazımi qədər içdikdə sağlamlıq üçün faydası toxuna bilər. Qəribədir?

Psixoloq.az xəbər verir ki, dietoloq və məşqçi Ceymi Loci bildirir ki, aşağı kalorili pivələr bu məsələdə daha effektivdir. 

Əgər siz pivənin təkcə susuzluğu yatırtmasını istəmir və fayda da əldə etmək istəyirsinizsə, “light” markalı və tərkibində 4-5 % spirt olanı seçməlisiniz. Eyni zamanda qazsız pivə də faydalıdır.

Kalsium

Bir qayda olaraq pivənin tərkibi kalsiumla zəngindir. Bu isə sümüklərin möhkəmlənməsinə kömək edir. Bu barədə 2009-cu ildə “American Journal of Clinical Nutrition” jurnalının tədqiqatında məlumat verilib. Alimlər məlum ediblər ki, lazımi dərəcədə pivə içmək sümük toxumasının qalınlığını artırır. Bununla da osteoporoz riskini azaldır. Alimlərin fikrinə əsasən pivənin tərkibində olan silisium vacib rol oynayır.

B Vitamini

Tünd pivənin tərkibində B qrupu vitaminləri (B12-dən başqa) daxil olmaqla qidalandırıcı maddələr var. Qərb tibb jurnalının məlumatına əsasən buğdanın tərkibində olan riboflavan maddəsinin miqdarı pivə bişirilməsi prosesində artır. Eyni zamanda nikotin turşusu, yəni B3 maddəsi pivənin tərkibində var və onun miqdarı pivənin növündən asılı olaraq dəyişir.

Dəmir

Bir stəkan pivənin tərkibində 0.3 milliqram dəmir var. Bu isə məsləhət görülən sutkalıq normanın 3%-i deməkdir. Təbii ki, qaraciyər, qırmızı ət və balqabaq tumunun tərkibində dəmir daha çoxdur. Amma pivənin də tərkibində dəmirin olması faktını oxuculara çatdırdıq. Dəmir orqanizm üçün çox vacib elementdir.

Flavonoidlər

Tünd pivənin tərkibi flavonoidlərlə zəngindir. Bu maddə isə mikrob əleyhinə xüsusiyyəti ilə məşhurdur. 2003-cü ildə Viskonsin universitetinin apardığı araşdırmaya əsasən pivənin tərkibindəki flavonoidlər ürək tutmasının və qan tərkibinin qatılaşmasının qarşısını alır. Amma nəzərə almaq lazımdır ki, təcrübə insan yox, köpəklər üzərində aparılıb.

Ferul turşusu

Pivə su, arpa, maya, mayaotu və pivə mayasından ibarətdir. Onun xarakterik dadını isə bişmiş arpa verir. Bu arpa pasterizə edilir və filtirdən süzülür. Dieoloqların fikrinə əsasən, arpanın tərkibində ferul turşusu var və bu soyuqdəymə və iltihabı, ürək-damar xəstəlikləri və onkoloji xəstəliklərə yoluxma riskini azaldır. Tünd pivələrin tərkibində ferul turşusunun miqdarı daha çoxdur.(oxu.az)