Podaqra xəstəliyinin təbii üsulla müalicəsi

Podaqra (podos ayaq, agre tələ - ayaq tələdədir deməkdir) orqanizmin müxtəlif toxumalarında urat kristallarının natrium-monourat və ya sidik turşusu şəklində çökməsi nəticəsində yaranır. Xəstəliyin əsasında sidik turşusunun normadan artıq yaranması, böyrəklərlə az xaric olması və qanda sidik turşusunun artması (hiperurikemiya) durur. Oynaqlarda podaqrik düyünlər (tofuslar) yaranmağa başlayır. Kişilərdə daha çox rast gəlinir.

  1. 100 qr sürtgəcdən keçirilmiş kök 1 xörək qaşığı bitki yağı ilə qarışdırılıb hər gün yeyilir.
  2. 3 baş sarımsaq və 4 ədəd tumları təmizlənmiş limon ət maşınından keçirilib üzərinə 7 stəkan qaynar su əlavə edilir. Qarışıq 1 sutka ərzində saxlanır, daha sonra qarışıq süzülür və süzülmüş maye gündə 1 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı içilir.
  3. 1 xörək qaşığı xırdalanmış qıtıqotunun üzərinə 2 stəkan qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənir. Tənzif bu dəmləmədə isladılıb ağrılı oynaqların üzərinə kompres şəklində qoyulur.
  4. Çiyələyin giləmeyvələri və şəkər tozu 5:1 nisbətində qarışdırılıb 5 saat müddətinə saxlanır. Süzüldükdən sonra şirə emallı qaba yığılır. Şirədən 0.5 stəkan gündə 3 dəfə yeməkdən əvvəl içilir.
  5. 1 xörək qaşığı dağtərxununun çiçək səbətlərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmə qoyulur. Dəmləndikdən sonra süzülür və yeməkdən 20 dəqiqə əvvəl gündə 3-4 dəfə 1 xörək qaşığı içilir.
  6. 1 xörək qaşığı xırdalanmış təzə kərəviz köklərinin üzərinə 2 stəkan qaynar su əlavə edilib 4 saat müddətinə dəmlənir. Dəmləndikdən sonra süzülür və gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 xörək qaşığı içilir.
  7. Təzə kərəvizin yarpaqlarının şirəsi çıxarılıb gündə 2-3 dəfə 1-2 çay qaşığı daxilə qəbul edilir.
  8. 20 qr gəndalaş çiçəklərinin üzərinə 1 litr qaynar su əlavə edilib bütün gecəni termosda dəmdə saxlanılır. Səhər süzüldükdən sonra gündə 3 dəfə 1 stəkan içilir.
  9. Yatıqqanqal otu adi çay kimi dəmlənərək gün ərzində içilir.
  10. 3 xörək qaşığı dazıotunun üzərinə 4 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmlənir. Dəmləndikdən sonra gündə 3 dəfə 0.3 stəkan yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 1-2 aydır.
  11. Gündə 3 dəfə 1 stəkan erkən yazda toplanmış tozağacı şirəsi içilir. Bu şirə podaqra ağrılarını yüngülləşdirmək qabiliyyətinə malikdir.
  12. 1-2 çay qaşığı kasnı otunun üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənir və soyudulur. Gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 0.5 stəkan daxilə qəbul edilir.
  13. 15 qr ardıc meyvələrinin üzərinə 100 ml qaynar su əlavə edilib dəmlənir. Dəmləndikdən sonra alınmış maye ilə ağrılı nahiyələr silinir.
  14. Hərəsindən 5 hissə olmaqla qaraqınıq və kəklikotu otu, 3 hissə itburnu meyvələri və 2 hissə böyürtkən yarpaqları qarışdırılıb dəmlənir, adi çay kimi gün ərzində içilir.

Fitoterapevt Elnur Rəhimov