“Porno ulduzlarını özlərinə model seçirlər” – Psixoloq seksual razılıq yaşından danışdı

Belçikada qızlar erkən yaşda cinsi münasibətdə ola biləcəklər. 

Psixoloq.az xəbər verir ki, bununla bağlı ölkə qanununda dəyişiklik edilib. 

1900-cü ilə qəbul edilən qanunda yaş həddi 16 göstərilirdisə, indi bu, 14-ə endirilib. 

Seksual razılıq yaşı konkret şəxsin qarşı tərəflə heç bir məhdudiyyət olmadan intim əlaqədə olmaq üçün müəyyən edilən yaş həddidir. Avropa ölkələrində bu yaş həddi 14 -18 il arasında dəyişir.

Bütün Avropa ölkələrinin qanunvericiliyi həm oğlan, həm də qızlara, o cümlədən heteroseksual və homoseksuallara eyni seksual razılıq yaşı müəyyən edib.

Azərbaycanda isə seksual razılıq yaşı 16 hesab edilir. 16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə daxil olmaq isə cinayət işinin açılmasına səbəb olur. Qeyd edək ki, Azərbaycan Cinayət Məcəlləsinin 152-ci maddəsi (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə təqsirləndirilən şəxsin 3 il müddətində azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Bəs cinsi münasibətə daxil olmaq yaşı hansı göstəricilərə əsasən verilir?

Həqiqətən də bu yaşda olan azyaşlı mövzunun dərinliyini qavrayırmı?

Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoloq Xudaverdi Məmmədovun sözlərinə görə, cinsi inkişaf qızlarda oğlanlara nisbətən daha tez tamamlanır:

“18 yaşına çatmış qız uşağını həddi buluğa çatmış hesab edə bilərik.  O səbəbdən də cinsi əlaqə qavrayışının formalaşmasını gözləyirik.”.

Mütəxəssis, yaşdan çox fərdin bu barədə nə qədər məlumatlı olmasının vacib olduğunu bildirib:

“Cinsi əlaqədə doyum və doğru əlaqə baxımından fərdin cinsi maariflənməsi əsas şərtdir”.

Xudaverdi bəy, bəzilərinin porno ulduzlarına baxaraq onları özlərinə model aldıqlarından da bəhs edib.

“Bir də görürük ki, partnerlər porno ulduzlarına baxaraq onları model alır və öz real cinsi həyatlarında da o cür əlaqəni tətbiq etmək istəyirlər. Bu da bir müddət sonra alınmayanda onlarda cinsi həyatdan soyuma və nəhayətində fərqli partnyorlar axtarmağa gətirib çıxarır. Nəticədə həddi buluğ yaşı cinsi əlaqə üçün vacib olsa da əsas bu mövzuda nə qədər doğru məlumatlara sahib olduqlarıdır”,-deyə psixoloq vurğulayıb.

Müəllif: Şəhanə Quliyeva