Bir insan yolla gedir. Onu bıçaqlayıb, pullarını da oğurlayıb qaçırlar. Bir insan ağır xəstə olur. Əməliyyat masasında onu da bıçaqla yarırlar, sonra yardıqları yerdə işlərin bitirib qapadırlar. Hər iki halda insana bıçaq dəyir amma demək olmaz ki hər iki hal insanın zərərinədir. Bəzən sıxıntılar da əməliyyat masasında bizi yaran bıçaq kimidir. Yaran Yaradandandır. Bəlkə də o yarılan yerdə əməliyyat gedir, bitdikdən sonra daha sağlam davam edəcəksiniz həyatınıza. Bu həyatda hadisələrin gedişatını dəyişə bilməyən yeganə şey üsyan, göz yaşı, dərd çəkmək və depressiyadır. Amma ən çox müraciət edilən də onlardır.
Bəs nədən, necə başlayaq? Başlamayacaqsınız... bitirəcəksiniz...1. Öncə boş zaman keçirməyi ( mütləq etməyə birşey tapılar)2. Pis təsir edən film, serial və proqramları.3. Özünüzü içinizdə deyil çölünüzdə axtarmağı.4. Yalnız həyatda problemləri görməyi :)
Problemlər bir ovuc duz kimidir. Siz fincan yox, göl olun. O duzu içinizdə həll edin, dağıdın getsin.
Pedaqoq Lalə Məhərrəmli
Psixoloq.az