Qastritdən bir çox insan şikayət edir. Bu xəstəliyə qarşı çoxlu təbii vasitələr mövcud olsa da bəzən kifayət qədər effekti olmur.
Aparılan araşdırmalara görə, qastrit əleyhinə ən yaxşı təbii vasitələrdən birincisi propolis kərə yağındakı tərkibdir.
Psixoloq.az xəbər verir ki, arı məhsulları üzrə mütəxəssis İlham Atakişiyevin sözlərinə görə, bu kərə yağı, absorbent xüsusiyyətinə malik olduğu üçün propolisin müalicəvi təsirlərini özündə birləşdirərək mədəyə çox gözəl təsir edir:
“Həm də baldan fərqli olaraq mədədə açıq yaralar zamanı qıcıqlanma vermir. Bu tərkibi hazırlamaq üçün 200 qr kərə yağı, 30-40 qr (keyfiyyətindən asılı olaraq) propolis və 1 x/q bal götürüb su vannasında qızdırılaraq qarışdırılır. Bal qəbulu rahat olmaq üçün əlavə olunur. Soyuduqdan sonra süzülərək soyuducuda saxlanılır. Müalicə kursu gündə 2 dəfə yeməkdən əvvəl 1 çay qaşığı olmaq şərtilə 1 ay davam etdirilir. Propolis kərə yağı həmçinin öskürək əleyhinə, ağciyər vərəmində də çox faydalıdır”.
Qeyd edək ki, hazır məhsul əldə etmək istəyənlər Propolis mərkəzinə müraciət edə bilərlər.
Əlaqə nömrələri: (070) 233-15-17
(012) 533-15-17
(012) 533-15-17