Psixologiyanın vəzifələri nədir?

Psixologiyanın vəzifələrinə bunlar daxildir:

  1. Psixi hadisələrin inkişaf qanunauyğunluqlarını müəyyənləşdirmək, insan davranışlarını araşdıraraq ümumi qanun və qanunauyğunluqlar əldə etmək.
  2. Hər bir yaş dövrünün psixi inkişafda yaş mərhələlərini müəyyənləşdirmək.
  3. Hər bir yaş mərhələsində üzə çıxan fərdi psixoloji fərqləri müəyyənləşdirmək.
  4. Psixi hadisələri və onların qanunauyğunluqlarını öyrənməklə yanaşı, bu psixi hadisələrin idarə olunma yollarını müəyyənləşdirmək.
  5. Cəmiyyətin hər bir üzvünün hərtərəfli inkişafını təmin etmək, insana sosial mühitə uyğunlaşmaqda yardımçı olmaq.
  6. Müasir dövrdə psixoloji araşdırmaların nəticələrindən bir çox sahələrdə- təhsil, tibb, sənaye, iqtisadiyyat və s. kimi sahələrdə yararlanılmasmı təmin etmək.