Psixoloji CHECK-UP nə üçün vacibdir?

Gündəlik yaşanılan streslər, hadisələr insanın əsəb sisteminə mənfi təsir göstərir. Ancaq təəssüf ki, tibbi cəhətdən psixoloji müayinələrin üzərində ciddi dayanılmır.

Psixoloq.az xəbər verir ki, psixoloji check uplar həm erkən diaqnoz baxımından həm də qoruyucu psixoloji sağlamlığının daha davamedici olması baxımından əhəmiyyətlidir.

Müəyyən psixoloji problemlər hərkim tərəfindən mütəmadi şəkildə nəzarətdə saxlanılmalıdır. Psixiatr və ya psixoloqlar tərəfindən tətbiq olunan check uplar ümumi psixoloji vəziyyətin xəritəsini ortaya çıxarır.

Məhz bu səbəbdən xarici ölkələrdə hər bir insanın öz psixoloqu vardır. 

Unudulmamalıdır ki, hər şey insan beyində başlayır.