Psixoloq pasiyent konsultasiyasının gizliliyi nə zaman pozula bilər?

Psixoloq pasiyent söhbəti hər zaman gizli qalır. Məhz bunun üçündür ki, pasiyentlər söhbət zamanı daha rahat olurlar.

Bəs bu məxfilik pozula bilərmi?

Psixoloq.az məxfiliyin pozula biləcəyi məqamları təqim edir:

- Pasiyent özü və digər adamlar üçün riskli olarsa;

- Yetkinliyə çatmamış şəxslərlə konsultasiya zamanı cinayətkar hərəkətlər aşkarlanarsa (zorakılıq, əxlaq pozğunluğu, münaqişə və s.);- Pasiyentin xəstəxanaya yerləşdirilməsi vacibdirsə;

- Pasiyentin özü və digər adamlar narkotiklərin yayılmasında və cinayət hərəkətlərinin baş verməsində iştirak edirsə.

Konsultant konsultasiya zamanı müəyyən edərsə ki, pasiyent kimin üçünsə təhlükəlidi, potensial qurbanı müdafiə etmək üçün ölçü götürməli, onun özü, yaxınlarına, qanunverici orqanlara məlumat verməlidir. Konsultant həmçinin pasiyentə nə etmək istədiyini deməlidir.